
- Düzgünlük - Fəaliyyətlərimizin təməlində ədalət anlayışı durur, tərəzimizi düzgün qurar, başqalarının haqqına tənəzzül etmərik;
- Fəaliyyət - Hər çəkilən əziyyətin qarşılığının olduğuna inanırıq;
- Keyfiyyət prinsipi- Müştərilərimizin ehtiyac və istəklərini müəyyənləşdirərək istədiklərindən daha keyfiyyətli məhsul və xidmət göstərmək başlıca hədəfimizdir;
- Məsuliyyətli yanaşma - Satışını təşkil etdiyimiz hər məhsulda insan sağlamlığını düşünürük və bu barədə heç bir güzəştə getmirik;
- Kollektiv ruhu- İşçilərin fikir və düşüncələrinə böyük önəm veririk;
- Əməkdaşlıq prinsipi- İsçilərimizə etibarlı təhlükəsiz və sağlam, işləyə biləcəkləri iş şəraiti yaradırıq;
- Bərabərlik prinsipi- Bütün işçilərimizə və iş münasibətlərində olduğumuz şəxslərə din, dil, irq, milliyyət və sosial statuslarına baxmadan bərabər davranırıq;
- Texnologiya ilə ayaqlaşma– Texniki yenilikləri sürətlə mənimsəyir, inkişaf etdirərək istifadə edirik;
- Təşkilatçılıq prinsipi- Şirkətimizə göstərilən rəqabətə və bağlılığa böyük önəm veririk;
- Ədalətli rəqabət– Rəqabətin gücü bizi gündən-günə irəli aparır.